İsrail rəsmisi: ABŞ aviadaşıyıcısında baş verən yanğının səbəbi təxribatdır

İsrail rəsmisi: ABŞ aviadaşıyıcısında baş verən yanğının səbəbi təxribatdır

...İsrail rəsmisi bildirib ki, o San-Dieqoda partlayış və yanğına məruz qalan “Bonhomme Riçard” aviadaşıyıcısının komandanı ilə söhbət edib və böyük ehtimalla hadisənin təxribat olduğu qənaətindədir

“ABŞ mənbələrindən aldığım məlumata görə böyük ehtimalla San-Dieqo şəhərində avidaşıyıcıda baş verən partlayışın və yanğının arxasında radikal qrupların təxribatı durur.”

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu İsrail Ordusunun mətbuat katibi Afiğay Adrai “i24news” telekanalına verdiyi açıqlamasında deyib.

 

İsrail rəsmisi bildirib ki, o San-Dieqoda partlayış və yanğına məruz qalan “Bonhomme Riçard” aviadaşıyıcısının komandanı ilə söhbət edib və böyük ehtimalla hadisənin təxribat olduğu qənaətindədir.

 

Baş verən yanğın hadisəsini ABŞ tarixində gözlənilməz və ilk hesab edən İsrail rəsmisi bildirib ki, “Bonhomme Riçard” aviadaşıyıcısının komandanının qənaətinə görə bu ABŞ ordusunda olan qaradərili radikal qrupların işidir.

Mənbə: www.interaztv.com