Ermənistan Ukraynaya etiraz etdi - Azərbaycana dəstəyinə görə

Ermənistan Ukraynaya etiraz etdi - Azərbaycana dəstəyinə görə

Ukrayna Xarici İşlər Nazriliynin Azərbaycan-Ermənistan sərhəddində baş verən döyüşlərlə bağlı bəyanatı rəsmi İrəvanın narazılığına səbəb olub.

Cebhe. info-nun məlumatına görə, Ukraynanın Ermənistandakı səfiri İvan Kuleba işğalçı ölkənin Xarici İşlər Nazirlyinə çağırılıb. Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan rəsmi Azərbaycan-Ermənistan sərhəddində yaranmış gərgin vəziyyətlə bağlı rəsmi İrəvanın mövqeyini səfirin mövqeyinə çatdırıb. Koçaryan iyulun 12-dən etibarən sərhəddə gedən döyüşlərə görə Azərbaycanı ittiham edib.

Qeyd edək ki, Ukrayna Xarici İşlər Nazirliyi münaqişənin BMT-nin qətanmələri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinin tərəfdarı olduğunu bəyan edib.

Müşfiq Abdulla
Cebhe. info

Mənbə: cebhe.info