Luklaşenkonun əsas rəqibləri prezident seçkisindən uzqlaşdırıldı

Luklaşenkonun əsas rəqibləri prezident seçkisindən uzqlaşdırıldı

Belarusiya Mərkəzi Seçki Komissiyası 9 Avqust seçkilərində Yüksək Texnologiyalar Parkı administrasiyasının keçmiş rəhbəri Valeri Sepkalonun respublika prezidentliyinə namizəd kimi qeydə alınmasından imtina edib.

Qaynarinfo xəbər verir ki, MSK toplanmış imzaların demək olar ki, yarısını rədd edib və Sepkalonun imza toplamaq üçün 100.000-lik baryeri aşa bilmədiyini bildirib.

Eyni zamanda, çərşənbə axşamı günü, "Həqiqəti söyləyin” İctimai Birliyinin həmsədri Andrey Dmitriyev, Belarus Sosial Demokrat Gramadasının (BSDG) sədri Sergey Çereçen, həbs edilmiş məşhur Belarusiya video bloggeri, öz namizədliyini irəli sürmüş Sergey Tixanovskinin həyat yoldaşı, işsiz Svetlana Tixanovskaya və parlamentin aşağı palatasının keçmiş deputatı Anna Kanopatskaya da qeydiyyatdan keçiriliblər.

Həmçinin, Belarusiyanın hazırkı prezidenti Aleksandr Lukaşenko da seçkilərə qatılıb.

Bundan əvvəl MSK Viktor Babarikonun qeydiyyata alınmasından imtina etdiyi bildirilmişdi.

 

Alpər

 

Mənbə: qaynarinfo.az