“Geri çəkilməklə gələcəkdə daha böyük uğursuzluqlara məruz qala bilərik...”

“Geri çəkilməklə gələcəkdə daha böyük uğursuzluqlara məruz qala bilərik...”

“Düşmənin birdən-birə Tovuz istiqamətində hücumu başa düşülən deyil. Əvvəl bir bəhanə qoyurdular ki, Qarabağ-Azərbaycan arasında döyüşlər gedir, indi artıq bunu beynəlxalq müstəviyə keçiriblər və bu da anlaşılan deyil”

Bunu Moderator.az-a açıqlamasında yazıçı Elçin Hüseynbəyli deyib. Yazıçı düşmənə layiqli cavab verməyin zamanı olduğunu bildirib:

“Düşmən nə qədər sənin üstünə gəlirsə, nə qədər geri çəkilirsənsə, o səndən daha çox şey istəyir. Onlar şirniklənirlər. Düşmənin birdən-birə Tovuz istiqamətində hücumu başa düşülən deyil. Əvvəl bir bəhanə qoyurdular ki, Qarabağ-Azərbaycan arasında döyüşlər gedir, indi artıq bunu beynəlxalq müstəviyə keçiriblər və bu da anlaşılan deyil. Artıq otuz ildir ki, torpaqlarımız işğal altındadır və biz sözümüzü deməliyik. Düzdü, Ermənistanın arxasında böyük siyasi, hərbi qüvvələr dayanır, amma mən ölkəmizi də tək saymıram, düşünürəm ki, bizim də arxamızda duran qüvvələr var, yetim xalq deyilik. Ona görə də düşünürəm ki, ermənilərin cavabını vermək lazımdır. Geri çəkilməklə isə gələcəkdə daha böyük uğursuzluqlara məruz qala bilərik. Mən təbii ki, insanların həlak olmasının tərəfində deyiləm, ancaq biz elə mənfur qonşu yetişdirmişik, özümüz onlara yer verib, dövlət yaratmalarına imkan vermişik və indi də onların təcavüzünə məruz qalırıq. Geri çəkilmək qətiyyən olmaz. Mənim 58 yaşım var, topçuyam, uzağı da sərrast görən adamam, istənilən vaxt döyüşə bilərəm”.

Vasif Əlihüseyn

 

 

Mənbə: moderator.az