“Qarabağ istiqamətində hücum etsək,  bir həftəyə Ağdərəni, Ağdamı, Füzulini  götürərik…”

“Qarabağ istiqamətində hücum etsək,  bir həftəyə Ağdərəni, Ağdamı, Füzulini  götürərik…”

"Biz bu saat Ermənistanla sərhəddə vaxt itiririk, onlar başımızı qatırlar. Çünki..."

Son 3 gündəTovuz istiqamətində gedən ağır döyüşlər zamanı yeni şəhid xəbərləri gəlməkdədir.Allah cəmi şəhidlərimizə rəhmət etsin! Xüsusilə general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin şəhid edilməsigözlənilməz oldu. Əlbəttə, şəhidlər arasında rütbəsinə, vəzifəsinə rəğmənayrı-seçkilik etmək olmaz. Amma onu da nəzərəalmaq lazımdır ki, əsl döyüş generalı və ya polkovnikinin yetişməsi üçün dəonillər lazımdır… Odur ki, dövlətimiz və ordumuz belə itkilərə qarşı düşməni ən sərt qaydada cəzalandırmalıdır…Və son məlumatlara görə, silahlı qüvvələrimiz artıq bu istiqamətdə gerçək addımlaratmaqdadır…

Cəbhə xəttindəyaranmış son vəziyyətlə bağlı Moderator.az-a açıqlama verən tanınmış Qarabağqazisi, istefada olan mayor Gəray Əsədov şəhid general-mayor Polad Həşimov haqqında kifayət qədər məlumatıolduğunu bildirib.

 

“Bir müddət əvvəl eyni ərazidə briqada komandiri də olmuşdurəhmətlik… Çox qeyrətli, bacarıqlı peşəkar hərbçi, əsl döyüş, müharibə generalıidi…

 

 

 

Allahcəmi şəhidlərimizə rəhmət eləsin!..”

 

“Cəbhəxəttindəki son vəziyyət birinci Qarabağ savaşının iştirakçısı olmuş bir döyüşzabiti, qazi kimi sizə necə təsir bağışlayır. Nələr düşünürsüz?..” sualınacavab olaraq isə mayor G. Əsədov bunlarıdeyib.

 

“Vallah,bu dəqiqə digər qazi qardaşlarımız kimi bizim də bağrımız çatlayır. Ali BaşKomandanın əmrini gözləyirik ki, biz də yaşımızın çoxluğuna baxmayaraq gedək öncəbhəyə əlimizdən gələni edək...

 

Busaat oturmuşam Bərdədəki kəndimizdə... Buradan həsrətlə Murov, Kəlbəcər, Laçın...tərəfə baxıram. Bizim evdən Murovdakı döyüş mövqelərinə cəmi 18 km-dir. Biz niyəgedib o məsafəni qət edib, düşməni darmadağın edib Kəlbəcərə, Ağdərəyə, Laçınbayraq sanca bilmirik?.. Özü də bununüçün kifayət qədər gücümüz var...

 

Pandemiyadövründən öncə biz veteranlar təşkilatlarının xətti ilə mütəmadi olaraq Qarabağda ermənilərlə təmas xəttində yerləşənhərbi hissələrimizdə səfərdə, görüşlərdə olurduq. Bu baxımdan, həm də özüm də1990-cı ilərin sonu 2000-ci illərdə Beyləqan istiqamətində zabit kimi xidmətetdiyimdən oradakı qoşunlarımızın gücünə bələdəm. Və bunu bir peşəkar zabit, döyüşçü, qazi kimiəminliklə deyirəm: bu saat fürsətdir, əmr verilsə, inanın ki, uzağı bir həftəyəAğdamı,Ağdərəni, Füzulini ermənilərdən azad edə bilərik. Yəni, əlbəttə,doğrusunu ali komandanlıq bilir. Amma fikrimcə, biz bu saat Ermənistanla sərhəddə vaxt itiririk, onlar başımızı qatırlar. Çünki bizim o istiqamətdəhücuma keçməyimiz ermənilərin beynəlxalqsəviyyədə böyük hay-küy qaldırmasına,KTMT-ni-filanı köməyə çağırmasına səbəb olar. Ancaq Qarabağ bizim hüquqi ərazimizdir.Bu istiqamətdə geniş hücuma keçsək, bizə beynəlxalq hüquq baıxmından da heç kəsirad tuta bilməz. Deyə bilərik ki,görmürsüz, Ermənistan nə qədər həyasızlaşıbsa, dövlət sərhəddimizi də pozubyeni ərazilər işğal etməyə çalışır. Yəni əlimizdə bəhanə də var...

 

Birdaha təkrar edirəm. Digər qazi qardaşlarım kimi, mən də daim ön cəbhəyə yollanıb qələbəmiz üçün əlimdən gələni etməyəhazıram. Və yaranmış vəziyyətlə bağlı ayrı-ayrı qazilərin, veteran cəmiyyətlərininAli Baş Komandan ünvanladığı bu məzmunlu müraciətə mən də qoşuluram:

“Ermənistanlabütün danışıqlardan rəsmən imtina edilməli, Minsk Qrupu rədd edilməli, dövlət vəxalq olaraq yumruq kimi birləşib, səfərbər olub düşmən Ermənistanın üzərinəyeriməli və qısa müddətdə torpaqlarımızı işğaldan azad etməliyik!

Ya şəhidolmalıyıq, ya da qazi!

Yetərartıq!..” – deyə keşmiş Qarabağ döyüşçüsü qətiyyətlə bəyan edib.

 

SultanLaçın

 

 

Mənbə: moderator.az