Sərhəddəki təxribatın arxasında KİM və NƏ dayanır?

Sərhəddəki təxribatın arxasında KİM və NƏ dayanır?

İyulun 12-də günorta saatlarından Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutmağa başlayıblar.

KONKRET.az xəbər verir ki, ordumuz düşmənə layiqli cavab versə də, ciddi itkilərimiz var. Ağır artilleriyanın tətbiqi ilə döyüşlər artıq iki gündür davam edir.

NOCOMMENT Analitik Qrupu hesab edir ki, Ermənistan növbəti təxribat üçün məhz Tovuz rayonunun ərazisini seçməsi təsadüfi deyil. Qrup vurğulayır ki, xarici medianın təhlili göstərib ki, Ermənistanın məhz indiki şəraitdə, cəbhə bölgəsində deyil, Tovuz istiqamətində fəallaşması təsadüfi deyil.

Sön illərin ölkəmizdə reallaşan ən böyük layihələrindən biri olan Azərbaycan neftini Türkiyəyə və oradan da Avropya, konkret olaraq İtaliyaya çatdırır. TANAP-ın istifadəyə verilməsi ilə Türkiyənin Rusiya qazına olan ehtiyacı iki dəfə azalıb və gələcəkdə daha da azalması proqnozlaşdırılır. Avropada isə Rusiya Cənub Qaz kəməri sadəcə metallom tTANAP – Trans-Anadolu qaz boru kəməri oplusuna çevrilib.

Avropa mətbuatı hesab edir ki, məhz Tovuz rayonunda erməni silahlı qüvvələrinin təxribatının əsas məqsədi TANAP kəmərinin dağıdılmasıdır. Əlverişli mövqe seçilib. Düşmən dağlarda, yüksəkliklərdə yerləşib və oradan asanlıqla ordumuzun dayaq nöqtələrini və lazım olan mövqeləri nişan alır.

Maraqlıdır ki, bu versiyanın təsdiqi kimi, məhz İtaliya senatının erməni təxribatını pisləməsini də göstərmək olar. Daha bir sübut isə KTMT şousudur – guya dünən təcili iclas çağıran qurum sonradan iclasını təxirə salmış və yekunda iki-üç cümləlik quru bəyanatla kifayətlənmişdi. Eləcə də, Türkiyənin son iki gündə yüksək səviyyədə ölkəmizi dəstəkləməsi də bariz sübutdur.

Ona görə də Avropa mətbuatı bu təxribatda birbaşa Rusiyanı ittiham edir…

 

Mənbə: konkret.az