Beş ölkə Türkiyəyə qarşı birləşib BMT-yə müraciət etdi

Beş ölkə Türkiyəyə qarşı birləşib BMT-yə müraciət etdi

Beş ölkə birləşib şifahi şəkildə BMT Baş Katibliyinə müraciət edərək Türkiyə ilə Liviya arasında imzalanan müqavilənin BMT tərəfindən qəbul edilməməsini tələb ortaya çıxıb.

Cebhe.info xəbər verir ki, bu barədə Misirin rəsmi “MENA” xəbər agentliyi BMT qaynaqlarına istinadən xəbər yayıb.

Söhbət Türkiyə ilə Liviya arasında imzalanan “Dəniz nəzarət sahələrinin razılaşdırılması memorondumu” və "Hərbi Əməkdaşlıq Memorandumu"ndan gedir.

BMT-dən sözügedən tələbdə bulunan 5 ölkənin isə Yunanıstan, Kipr, Misir, Səudiyyə Ərəbistanı və Bəhreyn olduğu bildirilib.

Əli Bədir
Cebhe.info

Mənbə: cebhe.info