“Bu ruhumuz Ermənistanı sarsıdacaq” - DEPUTAT

“Bu ruhumuz Ermənistanı sarsıdacaq” - DEPUTAT

“Şəhidlərin hər biri bizim üçün əzizdir. Onlar özü ilə bir Azərbaycan aparır! Bax bizim üstünlüyümüz budur!”

Cebhe.İnfo xəbər verir ki, bunu cəbhə xəttində baş verən gərginliyə münasibəti bildirən Milli Məclisin üzvü Bəhruz Məhərrəmov deyib.

B.Məhərrəmov bildirib ki, əsgərindən generalına qədər, rütbəsindən asılı olmayaraq, hər kəs öndədir, heç kəs canını-qanını bu torpaqdan əsirgəmir:

“Elə bu amil, bu ruh əsgər meyitlərini gizlədən Ermənistanı sarsıtmağa kafidir! Döyüş varsa şəhid də olacaq! Hər birinin ruhu qarşısında baş əyirik! Qisaslarını almışıq, alırıq, alacayıq da! Allah hamımıza bu uca mərtəbəyə çatmağı nəsib etsin!”

Vilayət Muxtar
Cebhe.info

Mənbə: cebhe.info