Lavrov və Pompeo BMT-nin “nüvə beşliyinin” növbəti görüşünün keçirilməsini müzakirə ediblər

Lavrov və Pompeo BMT-nin “nüvə beşliyinin” növbəti görüşünün keçirilməsini müzakirə ediblər

...Eyni zamanda, Pompeo təhlükəsiz seçkilər və Əfqanıstandakı vəziyyəti gündəmə gətirib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun amerikalı həmkarı Mayk Pompeo telefon danışığı zamanı yaxın günlərdə BMT-nin “nüvə beşliyi” liderlərinin görüşünün keçirilməsi məsələsini müzakirə ediblər.

İnterAz “Reuters”-ə istinadən xəbər verir ki, Lavrov və Pompeo liderlərin növbəti görüşünün Birləşmiş Millətlər Təşkilatının yaradılmasının 75 illiyi ərəfəsində keçirilməsi barədə danışıblar.

Eyni zamanda, Pompeo təhlükəsiz seçkilər və Əfqanıstandakı vəziyyəti gündəmə gətirib.

Mənbə: www.interaztv.com