"Düşmən hədəfinə çata bilməyəcək" - DEPUTAT

"Düşmən hədəfinə çata bilməyəcək" - DEPUTAT

“Bir generalın şəhid olması o ordunun qələbəyə inamının göstəricisidir!”.

Cebhe.info xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Komitə sədri bildirib ki, yalnız rəşadətli və əzmkar ordunun generalı birbaşa döyüşdə iştirak edər, ya qalıb gələr ya şəhid olar:

“Biz bu gün bu iki anın hər ikisini də yaşayırıq. Ordumuz cəbhədə azğın düşməni həm məhv edir, həm də öz canlarını sipər edərək şəhid verir! Amma onların qanı yerdə qalmır və qalmayacaq! Güclü Ali Baş Komandan, güclü ordu, vətənini sevən xalq - düşmənlərimizin hədəfi məhz bunlardır. Amma nail ola bilməyəcəklər! Şəhid generalımızın Sumqayıtda yaşayan ailə üzvlərinə başsağlığı verərək onların acısını bölüşürəm. Şəhidlər ölmür, onlar hər zaman ürəklərdə yaşayaraq ürəkləri vətən sevgisi ilə doldururlar!”

Vilayət Muxtar
Cebhe.info

Mənbə: cebhe.info