Ermənistanın məhv edilən zabitlərindən biri Lori, digəri isə Şirak vilayətindəndir - FOTO

Ermənistanın məhv edilən zabitlərindən biri Lori, digəri isə Şirak vilayətindəndir - FOTO

Bu gün Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib ki, Azərbaycan-Ermənistan sərhədinin şimal-şərq hissəsində hərbi qulluqçular mayor Qaruş Vemir Hambardzumyan və kapitan Sos Paylak Elbakyan ölüb. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, mayor Qaruş Hambardzumyan Ermənistanın Lori vilayətinin Bazum icmasındandır, 1989-cu ildə doğulub.


Qaruş Hambardzumyan Ermənistan Müdafiə Nazirliyinin V. Sarkisyan adına hərbi universitetini bitirib. İstehkamçı ixtisasını və leytenant hərbi rütbəsini alıb, Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin mühəndis-istehkam taqımının komandiri təyin olunub. 2015-ci ildə Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin mühəndis-istehkam bölüyünün komandiri təyin olunub.


Kapitan Sos Elbakyan isə Şirak vilayətinin Marmaraşen icmasındandır, 1992-ci ildə doğulub. Evlidir, uşağı var.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az