ABŞ və İngiltərə cəbhədə gedən şiddətli döyüşlərə münasibət bildirib

ABŞ və İngiltərə cəbhədə gedən şiddətli döyüşlərə münasibət bildirib

Eastnews.org-un verdiyi xəbərə görə, Azərbaycan Respublikası ilə Ermənistan arasındakı sərhəd gərginliyinin kəskinləşməsinin üçüncü günündə ABŞ və İngiltərə öz münasibətini açıqlayıb.

ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan arasındakı sərhəd gərginliyini pisləyən bəyanat yayıb:

"Azərbaycan və Ermənistan arasında baş verən gərginliyi qınayarıq. Tərəflərdən güc tətbiq edilməsindən dərhal imtina etməyi, gərginliyin artmaması üçün birbaşa danışıqlar aparmağa və atəşkəsə çağırırıq".

Həmçinin İngiltərə İcmalar Palatası Ermənistanın bu hərəkətini bölgədəki sabitliyi pozmaq kimi qiymətləndirib və bunun Dağlıq Qarabağ münaqişəsini şiddətləndirəcəyini bəyan edib.

İcmalar Palatası İngiltərə hökumətini Ermənistanın son hərəkətlərini pisləməyə çağırıb, hökumətə bölgəni sabitləşdirmək üçün Minsk Qrupu razılaşmasını dəstəkləməyi tövsiyə edib.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi də Azərbaycan Respublikası və Ermənistan qüvvələri arasında baş verən son toqquşmalardan narahatlığını bildirib.

Mənbə: FNA

Mənbə: eastnews.org