Kremldən Azərbaycan-Ermənistan sərhədindəki olaylarla bağlı AÇIQLAMA

Kremldən Azərbaycan-Ermənistan sərhədindəki olaylarla bağlı AÇIQLAMA

Azərbaycan-Ermənistan sərhədindəki gərginlikdən dolayı narahatıq.

Publika.az xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“Hər iki tərəfi də atəşkəs rejimi çərçivəsindəki öhdəliklərini yerinə yetirməyə dəvət edirik. Müxtəlif səviyyələrdə ifadə etdiyimiz kimi, Rusiya Minsk Qrupunun həmsədri olaraq vasitəçilik etməyə hazırdır", - Peskov bildirib.

Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun Bakı və İrəvandakı həmkarları ilə telefon danışığı etdiyini xatırladan mətbuat katibi hər iki tərəfi atəşi dayandırmağa çağırıb.

 

 

Mənbə: publika.az