Daha bir şəhidimiz torpağa tapşırılıb

Daha bir şəhidimiz torpağa tapşırılıb

Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatı nəticəsində Azərbaycan Ordusu 11 şəhid verib. Ordumuzun əsgərinin doğma məmləkətində necə dəfn edildiyini videomuzda izləyin.

Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərgin olaraq qalır. Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Tovuz rayonu istiqamətində şiddətli döyüşlər davam edir.

Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elçin Arif oğlu Mustafayev şəhid olub. Şəhidin cənazəsi doğulduğu Ağstafa rayonunun Həsənsu kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yerli sakinlər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon icra hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Mənbə: sputnik.az