İsrailin kibercasusluq bölməsində koronavirusa yoluxma –COVID-19

İsrailin kibercasusluq bölməsində koronavirusa yoluxma –COVID-19

Strateq.az “Kanal 13”-ə istinadla xəbər verir ki, 100 əsgər və bu bölmənin komandiri COVID-19-a yoluxub. Onların hamısı hazırda karantinə alınıb.

“8200-cü bölmə” İsrail ordusunun ən vacib bölmələrindən biridir. Təl-Əvivə kəşfiyyat məlumatlarının böyük əksəriyyətini verir və kibercasusluq sahəsində ixtisaslaşır”, – deyə “Kanal 13” qeyd edib.

Ötən həftə bir gündə 1.231 yeni koronavirusa yoluxma hadisəsi qeydə alındıqdan sonra İsrail mediası ordunun 350 əsgərinin virusa yoluxduğunu və daha 10 min əsgərin karantinə alındığını bildirib. Buna görə də, ehtiyatda olan zabit və əsgərlər təcili ordu sıralarına çağırılıb.

Bu arada, İsrail Ordusu Baş Qərargah rəisi general Avi Koçavi də COVID-19-lu bir mühafizəçisi ilə yaxın təmasdan sonra ikinci dəfə karantinə alınıb.

Mənbə: strateq.az