İrəvanda təlaş: Kütləvi şəkildə maşın şinləri yığırlar

İrəvanda təlaş: Kütləvi şəkildə maşın şinləri yığırlar

İrəvanda və ətraf rayonlarda kütləvi şəkildə maaşın şinlərinin toplantısına başlanılıb. Lent.az -ın məlumatına görə, bu barədə erməni jurnalist Qayane Mkrtçyan sosil şəbəkələrdəki hesabında məlumat yayıb.

“Təcili! Yerevanda maşın şinlərinin toplanması və boşadılması üçün könüllülər lazımdır. Kimin yük maşını varsa, o da müraciət etsin.

Mkrtçyan daha sonra əlavə edib: “Maşın şinləri mövqeləri gücləndirmək və müdafiə olunmaq üçün ən yaxşı vasitədir”.

Jurnalist onu da qeyd edib ki, kim gələ bilmirsə, heç olmasa bu statusu maksimum paylaşsın.

 

Mənbə: lent.az