Nazir qərar verdi: Məktəblər distant təhsilə keçir

Nazir qərar verdi: Məktəblər distant təhsilə keçir

Qazaxıstanda yeni tədris ilinin birinci dörddə bir hissəsində tədris distant formada davam etdiriləcək.

Cebhe. info xəbər verir ki, bu barədə məlumatı Elm və Təhsil naziri Ashat Aymaqambetov verib.

Nazir bildirib ki, 1-11-ci siniflər koronavirus səbəbi ilə dərsləri distant formada keçəcəklər. İstisnalar ancaq az şagirdi olan məktəblərə şamil olunacaq. Bundan başqa, növbətiçi ibtidai siniflər də açıla bilr. Bu halda isə sanitar-gigiyena tələblərinə əməl olunması şərt kimi qoyulacaq.

Həmin məktəblərdə şagirdlər ancaq bir kabinetdə olacaqlar. Tənəffüslər müxtəlif vaxtlarda olacaq, məktəbin girişində temperatur ölçüləcək.

Kollec və ali məktəblərə gəldikdə, onlar da sentyabrda distant təhsilə başlayacaq.

Ölkədə yoluxma 62 minə yaxındır. 375 nəfər vəfat edib. 36 min nəfər sağalıb.

Xəzər
Cebhe. info

Mənbə: cebhe.info