"Türkiyə qardaş ölkə olaraq üzərinə düşəni etməlidir" - "Anadolu Spor Gazetecileri Derneyi"nin rəhbəri İbrahim Erdoğan

"Türkiyə qardaş ölkə olaraq üzərinə düşəni etməlidir" - "Anadolu Spor Gazetecileri Derneyi"nin rəhbəri İbrahim Erdoğan

"Anadolu Spor Gazetecileri Derneyi"nin rəhbəri İbrahim Erdoğan İyulun 12-də cəbhədə baş verən düşmən təxribatı ilə bağlı Facebook-da paylaşım edib.

"Ötən gün iki əsgərin şəhid edilməsilə Azərbaycan-Ermənistan müharibəsi rəsmi olaraq başlayıb. Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində çox şiddətli döyüşlər gedir. Azərbaycan ordusunun yüksək rütbəli hərbçiləri şəhid olub. Allah azərbaycanlı qardaşlarımıza kömək olsun. Türkiyə qardaş ölkə olaraq üzərinə düşəni etməlidir. Çünki, Azərbaycandakı vəziyyət tarixi, mədəni və qan bağları səbəbindən Suriya və Liviya ilə müqayisədə daha çox əhəmiyyətlidir, -deyə o bildirib.

EDNews.net

Mənbə: ednews.net