İranda ABŞ casusu edam edildi

İranda ABŞ casusu edam edildi

İranda Müdafiə Nazirliyinin keçmiş rəsmisi Rza Əsgəri edam edilib.

Cebhe.info-nun məlumatına görə, İran Ədliyyə Nazirliyinin nümayəndəsi Qulamhüseyn İsmaili Rza Əsgərinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıqda ittiham edildiyini deyib. O, qeyd edib ki, hökm ötən həftə icra olunub. İsmailinin sözlərinə görə, Əsgəri dörd il əvvəl işdən çıxarıldıqdan sonra MKİ ilə əlaqə yaradıb. İsmaili Əsgərinin xüsusilə İranın raket proqramı ilə bağlı məlumatları MKİ-ə ötürdüyünü bildirib.

İsmaili əlavə edib ki, ABŞ və İsrail kəşfiyyatı ilə əməkdaşlıq etməkdə günahlandırılan Mahmud Musəvi-Məcdi də edamı gözləyir. Qeyd edək kii, ötən il rəsmi Tehran MKİ-ə casusluq edən 17 nəfəri ifşa etdiyini bəyan edib.

Müşfiq Abdulla
Cebhe.info

Mənbə: cebhe.info