Türkiyədən Avropa İttifaqının təhdidinə cavab gecikmədi

Türkiyədən Avropa İttifaqının təhdidinə cavab gecikmədi

Türkitənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Avropa İttifaqının(Aİ) Aya Sofya ilə bağlı açıqlamasına cavab verib.

Cebhe.info xəbər verir ki, Çavuşoğlu açıqlamasında “Qınama sözünü rədd edirik. İspaniyada da məsci olaraq inşa edilmiş və kilsəyə çevrilmiş yerlər var”, - deyib.

Qeyd edək ki, 13 iyulda ilk dəfə Brüsseldə üz-üzə toplanan Avropa İttifaqı ölkələrinin Xarici İşlər nazirləri Türkiyənin Aya Sofya qərarını tənqid etmişdi.

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borel Aya Sofya ilə bağlı tənqidi fikirlərində bunları demişdi:

“Önəmli bir məsələ də Aya Sofya idi. Avropa İttifaqı Komissiyası Türkiyənin bu qədər simvolik abidəni yenidən məscidə çevirmə qərarını pisləyir. Bu qərar istər-istəməz etibarsızlığı artıracaq, dini icmaları yenidən bölücülüyə təşviq edəcək. Dialoq və əməkdaşlıq səylərimizi sarsıdacaq".

Əli Bədir
Cebhe.info

Mənbə: cebhe.info