Hikmət Hacızadə: Lokal münaqişə Azərbaycanın xeyrinədir

Hikmət Hacızadə: Lokal münaqişə Azərbaycanın xeyrinədir

Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə Amerikanın Səsinə müsahibəsində Ermənistan-Azərbaycan sərhədindəki son gərginlik və Ermənistan-Azərbaycan münaqişəsindən danışıb.

Amerikanın Səsi: Cəbhədəki son eskalasiya kimin xeyrinədir?

Erməni ictimaiyyəti anti-hərbi hərəkata qalxmalıdır.

Hikmət Hacızadə: Mənim aləmimdə bizim xeyrimizədir. Çünki, ermənilər torpağımızı tutub. Bunula da rahatlaşıblar, status-kvo onları qane edir. Heç yerə tərpənmək istəmirlər. Bizdən güzəşt istəyirlər. Amma, belə lokal münaqişələr olmalıdır (böyük müharibəni demirəm, o başqa bir böyük mövzudur). Daim onları narahat vəziyyətdə saxlamaq lazımdır. Daim belə münaqişələr olmalıdır. Erməni tərəfi itki verməlidir. Erməni ictimaiyyəti anti-hərbi hərəkata qalxmalıdır. Orada analar, valideynlər etiraz edir. Mənə elə gəlir, bunlar bizim xeyrimizədir. Davam etmək lazımdır. Hər ay belə hadisələr olmalıdır.

Adobe Flash Player-i əldə edin Embed share

Hikmət Hacızadə: Lokal münaqişə Azərbaycanın xeyrinədir

Embed share The code has been copied to your clipboard. width px height px Facebookda bölüş Twitterdə bölüş The URL has been copied to your clipboard

No media source currently available

0:00 0:04:47 0:00 Direct link 360p | 17,5MB

Amerikanın Səsi: Fikrinizcə Rusiya bu münaqişənin nizamlanmasında nə qədər səmimidir?

Rusiya... onun bir ideyası var. Ermənistanı da Azərbaycanı da özünə bağlamaq.

Hikmət Hacızadə: Rusiya... onun bir ideyası var. Ermənistanı da Azərbaycanı da özünə bağlamaq. Hansısa münaqişəni həll etmək, əlbəttə, onun heç ürəyindən keçmir, heç fikri də yoxdur. Bəlkə, elə düşünmək də olar ki, Azərbaycanla Ermənistanı özünə möhkəm bağlayanadan sonra münaqişəni qurtardı, bağladı. Necə yəni? Hərbi əməliyyatlar olmayacaq. Qarabağ yenə asılı vəziyyətdə kənarda duracaq. Azərbaycana qayıtmayacaq. Ora Azərbaycanın yurisdiksiyası şamil olunmayacaq. Onda bəlkə nə isə tərpəniş oldu.

Amerikanın Səsi: Bəs, ATƏT-in Minsk Qrupunun həmsədr institutu münaqişənin nizamlanmasında nə qədər səmimidir?

Onlar bəlkə də səmimidir. Ancaq, onların mandatı yoxdur. Camaat hərdən məsələni düz qavramır

Hikmət Hacızadə: Onlar bəlkə də səmimidir. Ancaq, onların mandatı yoxdur. Camaat hərdən məsələni düz qavramır. ATƏT-in Minsk Qrupu sənə danışıqlar üçün ancaq otaq verir. Masa verir ki, orada oturun, Siz sülh planı hazırlamaq istəyirsinizsə bizim hüquqşünaslar da cəlb olunsun, bir yerdə plan hazırlansın. Amma, onun hərbi müdaxilə etmək və ya məsələn, hansısa qoşun göndərmək, sanksiya tətbiq etmək hüququ yoxdur. Cəmiyyətimizdə nahaq yerə onunla bağlı ümidlər və ya etirazlar olur. Onun belə mandatı yoxdur.

Amerikanın Səsi: Bəs münaqişənin həlli yollarını necə görürsünüz? Sülhə məcburetmə əməliyyatları ola bilərmi?

Aprel müharibəsində Moskvadan zəng etdilər ki, durun, durdurun, toxdayın, yoxsa pis olacaq. Bax, bu sülhə, belə deyək, məcbur etmədir. Yenə Rusiyanın əlində həmin imkanlar var.

Hikmət Hacızadə: Kim tərəfdən yəni, Azərbaycan tərəfdən, yoxsa... Prinsipcə Rusiya onu edə bilər. Eləyib də. Aprel müharibəsində Moskvadan zəng etdilər ki, durun, durdurun, toxdayın, yoxsa pis olacaq. Bax, bu sülhə, belə deyək, məcbur etmədir. Yenə Rusiyanın əlində həmin imkanlar var. Azərbaycan o qədər güclü deyil ki, rus-erməni alyansına qarşı vuruşsun. İkincisi, Azərbaycanın dünyada mövqeyi zəifdir. Nə müstəqil olamq istəyir, nə qərdə yaxınlaşmaq istəyir. Oradan da qorxur ki, demokratiya gələr, onu devirərlər. Ona görə, heç mən təsəvvür etmirəm. Məsələn, Türkiyəni deyirlər. Türkiyə gəlmir. Türkiyə silah göndərər, mütəxəssis göndərər, kəşfiyyat məlumatı gömdərər. Amma, Rusiya ilə iri miqyaslı konfliktə girmək istəmir və girmir. Biz hansısa tərəfi seçməliyik. Seçmirik. Qalmışıq belə. Eybi yox, bu lokal münaqişələri daim həyata keçirin. Buna da min şükür. Qoy erməni narahat olsun. Qoy onlatrın cəmiyyətində anti-müharibə hərəkatları formalaşsın.

Mənbə: www.amerikaninsesi.org