Lukaşenko seçkiqabağı çıxışlardan imtina edib

Lukaşenko seçkiqabağı çıxışlardan imtina edib

Belarus prezidenti Aleksandr Lukaşenko öz seçkiqabağı proqramını təqdim etmək üçün dövlət radiosu və televiziya ilə çıxış etməkdən imtina edib.

Belarus Mərkəzi seçki komissiyasının məlumatında deyilir ki, növbəti prezidentlik müddəti üçün namizədliyini irəli sürmüş dövlət başçısı Aleksandr Lukaşenko seçki qanunvericiliyinin ona verdiyi radio və televiziya çıxışları hüququndan imtina edib.

İnterAz xəbər verir ki, altıncı dəfə namizədliyini irəli sürmüş Lukaşenko da daxil olmaqla iclasda 5 siyasətçinin namizədliyi qeydə alınıb. Seçkilər avqustun 9-da keçiriləcək.

Mənbə: www.interaztv.com