Paşinyan “yandırdığı” say haqqında unudub

Paşinyan “yandırdığı” say haqqında unudub

“Nikol Paşinyan (işğal altında olan – red.) Xankəndidə toplaşmış insanların xoşuna gəlməyə çalışaraq və onu dinləyənlərdən heyranedici nidalar qəsb etməyə səy göstərərək 2019-cu il avqustun 5-də say “yandırdı””. Ordu.az xəbər verir ki,bunu Ermənistanın “Politekonomia” tədqiqat institutunun rəhbəri Andranik Tevanyan öz “Facebook” səhifəsində yazıb.

“O bildirdi ki, Ermənistan əhalisi 2050-ci ildə 5 milyon olacaq. Küçədə dayanmış insanların reaksiyası gözlənilən idi - alqışlar, uralar, bəlilər, Ni-kol, Ni-kol... 2050-ci ildə 5 milyon olub-olmayacağı məlum deyil. Lakin məlumdur ki, 2019-cu ildə Ermənistan əhalisi rəsmi olaraq 6.100 nəfər azalıb. 2020-ci ildə azalma tendensiyası davam edir”, - deyə Tevanyan qeyd edib.

 

Mənbə: ordu.az