Faşist Ermənistan hökuməti: Avropanın təhlükəsizliyinə əsas təhdid - Piter Teys

Faşist Ermənistan hökuməti: Avropanın təhlükəsizliyinə əsas təhdid - Piter Teys

Qlobal səhiyyə böhranı zamanı Ermənistanın terrorçu hökumətinin beynəlxalq qanunları və Təhlükəsizlik Şurasının dörd qətnaməsini davamlı olaraq pozduğunu görmək dəhşətlidir. 12 İyul Azərbaycan xalqının tarixində faciəli bir gündür, qəddar erməni hücumu nəticəsində vətəninə sadiq 11 hərbiçi və 1 mülki vətəndaş Ermənistanın terrorçu əsgərləri tərəfindən öldürülüb. Bu hərbiçilər Avropa demokratiyasının əsl qəhrəmanlarıdır, onlar insan hüquqlarının müdafiəsi üçün canlarını fəda ediblər, Avropada həqiqi azadlıq müdafiəçiləridirlər. Qəhrəman Azərbaycanlı zabit və əsgərlər Azərbaycan Respublikasının ərazi bütövlüyünü qorumaq üçün həyatlarını itirdilər; onlar Azərbaycanın əsl qəhrəmanlarıdır.

İyulun 12-də Ermənistanın Faşist hökuməti bir daha insanlığa qarşı dəhşətli cinayətlər törətdi və BMT Təhlükəsizlik Şurasının qətnamələrini kobud şəkildə pozdu. Bu zorakılıq aktları təcili olaraq ABŞ hökuməti, Avropa Birliyi və NATO rəhbərliyi tərəfindən pislənməlidir. Avropa qitəsi indi erməni əsgərlərinin sutka boyu- 24 saat Azərbaycanın suveren ərazilərinə və Azərbaycanın günahsız mülki əhalisinə qarşı vəhşiliklə törədilən silahlı hücumlar səbəbindən daha etibarsız və təhlükəlidir. Cənubi Qafqazda regional iqtisadiyyata və təhlükəsizliyə vurulan ciddi zərərin qarşısı Avropa Birliyi və ABŞ Dövlət Departamentinin rəsmiləri tərəfindən dərhal alınmalıdır.

Azərbaycanın mülki əhalisinə hücum müharibə cinayətidir. Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq edilməlidir, onun Avropalı və ATƏT-dəki tərəfdaşları siyasi dəstəyini dayandırmalıdırlar, əks halda əsas Avropa qurumları ikili standartlara məruz qalacaq və Brüsseldəki rəhbərliyin Qərbi Avropada regional sabitliyin və iqtisadi tərəqqinin qorunmasına sərmayə qoymuş sülhsevər Azərbaycan xalqını müdafiə etmək istəmədiyi görünəcək. Azərbaycan, həqiqətən də, Avropada otuz ildən çoxdur ki, suveren ərazisinin iyirmi faizindən çox hissəsində Faşist Ermənistan Silahlı Qüvvələri tərəfindən qanlı işğalın davam etdiyi yeganə ölkədir. Beynəlxalq aktorlar və ATƏT-in həmsədrləri Ermənistan və Azərbaycan arasındakı silahlı münaqişənin həllinə etinasız və passiv yanaşma sərgiləməkdə davam edirlər.

Beynəlxalq Birlik dərhal ciddi tədbirlər görməlidir. ATƏT uğursuz fəaliyyəti və onun yarıtmaz rəhbərliyi ilə Azərbaycan və Ermənistan arasındakə sözdə "dialoq və danışıqlar"dan heç bir real nəticə əldə olunmayıb.

ATƏT və onun hazırki sədri beynəlxalq mandata sahib olduğunu, İrəvandakı kimi daim insanlığa qarşı cinayətlər törədən və günahsız mülki insanları qətlə yetirən faşist rejimlərə qarşı siyasi sanksiyalar tətbiq edə biləcək həqiqi çoxtərəfli təşkilat olduğunu dünyaya göstərməlidir. Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin erməni əsgərlərinin vəhşiliklə törətdikləri terror aktlarını pisləyən bəyanatını görmək istəyirəm. Dünya liderləri iqtisadi sanksiyalar tətbiq etməli və Ermənistan rəsmilərinin bütün beynəlxalq bank hesabları və aktivləri dondurulmalı və digər təcili tədbirlər görülməlidir.

Piter M.Teys

Peter Tase, müstəqil jurnalist və ABŞ-da Paraqvay Tədqiqatları və Latın Amerikası İşləri üzrə araşdırmaçı alimdir. Cənubi Qafqazda geosiyasi məsələlər, xüsusən də Azərbaycanla Ermənistan arasındakı Qarabağ münaqişəsi üzrə tədqiqatçıdır.

EDNews.net

Mənbə: ednews.net