Xanhüseyn Kazımlının qızına VƏZİFƏ VERİLDİ

Xanhüseyn Kazımlının qızına VƏZİFƏ VERİLDİ

Bu gün sabiq millət vəkili Xanhüseyn Kazımlının sədri olduğu Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) IX Qurultayı keçirilib.

ONN media xəbər verir ki, onlayn videokonferans şəklində keçirilən Qurultayda Partiyanın birinci müavini Əsli Kazımova hesabat xarakterli çıxış edərək, partiyanın ölkədəki ictimai-siyasi həyatındakı rolundan danışıb.

Əsli Kazımova ilk olaraq cəbhə bölgəsində Ermənistan təxribatı barədə geniş məluamt verərək, Azərbaycan xalqına çağırış edərək, bu ağır məqamda həmrəy olmağa səsləyib.

Partiya sədri Xanhüseyn Kazımlı da çıxış edərək, partiyanın bu günə qədər gördüyü işlərdən, əldə etdiyi uğurlardan bəhs edərək, estafeti gənclərə həvalə etdiyini qeyd edib.

Sonda Əsli Kazımova onlayn açıq səsvermə yolu ilə partiyanın sədri seçilib.

Mənbə: onn.az