İrandan növbəti AÇIQLAMA: "Münaqişəyə münasibətimiz..."

İrandan növbəti AÇIQLAMA: "Münaqişəyə münasibətimiz..."

Ermənistan və Azərbaycan arasında olan Dağlıq Qarabağ münaqişəsinə münasibətimiz heç vaxt dəyişməyib.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi deyib.

“Ölkələrin idarəçiliyinə və ərazi bütövlülüyünə hörmət edilməli, ixtilafların sülh yolu ilə həllinə cəhd olunmalıdır. Düşünürük ki, bu iki ölkə arasında olan ixtilaf sülh yolu ilə həll edilməlidir. İran İslam Respublikası bu problemin həllinə yardım etməyə hər zaman hazırdır və bunu daim bəyan edir", - Musəvi bildirib.

Mənbə: publika.az