Tovuzda təxribatı törədən... - Metyu Brayza

Tovuzda təxribatı törədən... - Metyu Brayza

Mən hələ də iyulun 12-dən etibarən cəbhədə nə baş verdiyini öyrənməyə çalışıram.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Tovuz hadisələri haqda danışarkən deyib. Onun sözlərinə görə, münaqişənin Ermənistan qüvvələrinin törətdiyi haqda geniş məlumatlar var:

“Əgər bu doğrudursa, bu ehtiyatsız hərəkət bizim Minsk Qrupu prosesinin ruhuna tamamilə ziddir. İstəyirəm ki, Minsk Qrupundakı həmkarlarım baş verənlərlə bağlı açıqlama yaysınlar. Baş verənləri araşdırmaq lazımdır. Onlar təxribatı edənləri qınamalıdır”.

Mənbə: axar.az