Zatulinin Qarabağ açıqlaması narahatlıq yaradır

Zatulinin Qarabağ açıqlaması narahatlıq yaradır

Rusiya Dövlət Dumasının nümayəndəsi Konstantin Zatulinin çıxışından olduqca narahatam.

Axar.az xəbər verir ki, bu sözləri ATƏT-in Minsk Qrupunun həmsədri və ABŞ-ın Azərbaycandakı səfiri olmuş Metyu Brayza deyib.

“Zatulin çıxışı zamanı Dağlıq Qarabağın hüquqi statusunun nə olduğundan əmin olmadığını açıqladı. Baş nazir Paşinyanın Qarabağın Ermənistanın olduğunu, Azərbaycan tərəfinin isə əksini iddia etdiyini deyən Zatulin Ermənistan ərazisində olan Rusiya qüvvələrinə kimsə hücum edərsə, cavab atəşi ilə susdurulacağını dedi. Bu, olduqca düşüncəsiz bir açıqlama idi. Bu açıqlama həmçinin ATƏT-in Minsk Qrupunun fəaliyyətinə ziddir. Belə bir açıqlama ilə çıxış etmək, Rusiya və ATƏT Minsk Qrupunun həmsədri cənab Papovun tərəfsiz vasitəçi kimi öz vəzifələrini icra etməsini olduqca çətinləşdirir. Buna görə də vəziyyət mənim Minsk Qrupunun həmsədri olduğum dövrdəkindən daha ciddi görünür”. - o bildirib.

Mənbə: axar.az