"Azərbaycan parlamentinin qapalı və fövqaladə iclası çağırılmalıdır və..."

"Azərbaycan parlamentinin qapalı və fövqaladə iclası çağırılmalıdır və..."

Dəyərli dostlar!

1994-cü ildə atəşkəs imzalanandan bəri ilk dəfə torpaqlarımızın azad edilməsi üçün unikal bir şərait yaranmışdır:

-Azərbaycan kifayət qədər hərbi gücə və arsenala yəyələnmişdir;

-Ordumuz bu illər ərzində güclənərək peşəkarlaşmış və 2016-cü ilin aprel ayında müvəffəqiyyətli döyüş əməliyyatları keçirə bilmə qabiliyyətini nümayiş etdirmişdir;

- artıq əvvəlki illər kimi əsgər itkiləri cəmiyyətdə faciə kimi deyil şəhidlik təntənəsi kimi qəbul olunur, xalqın ordumuza inamı artmış və ordu ilə xalq birliyinə nail olunmuşdur;

- beynəlxalq şərait ölkəmizin xeyrinə dəyişmiş, nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanın təcavüzkar siyasətini pisləyən və ölkəmizin ərazi bütövlüyünü tanıyan qətnamələr qəbul etmiş, Ermənistanın da daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan Qazaxıstan, Qırğızıstan, Tacikistan və Belorusiya ilə ikitərəfli münasibətlər inkişaf etdirilərək bu təşkilatın Emənistana hərbi dəstək vermə ehtimalı sıfıra endirilmişdir;

- 26 il ərzində davam etdirilmiş danışıqların boş və mənasız vaxt itksindən başqa bir şey olmaması təsdiqlənmişdir;

- hazırki Ermənistan rəhbərliyinə Rusiyada o qədər də rəğbətlə yanaşmırlar;

-pandemiya dövlətlərarası gediş-gəlişi heçə endirmiş, hətta aktiv döyüş əməliyyatları başlayacağı təqdirdə xarici müdaxilə ehtimalını azaltmışdır;

- Tovuz istiqamətində baş vermiş təxribatlar, yaşayış məntəqələrimizin, mülki əhalinin atəşə tutulması ölkəmiziin özünümüdafiə hüququndan tam şəkildə istifadə etmə zərurətini aktuallaşdırmışdır.

Bütün bu faktorlar qeyd etdiyim kimi torpaqlarımızın azad edilməsi üçün unikal bir şərait yaratmışdır.

Hesab edirəm ki, yaranmış vəziyyətdə aşağıdakı zəruri addımlar atılmalıdır:

1.Azərbaycan parlamentinin qapalı və fövqaladə iclası çağırılmalıdır;

2.Dövlət rəhbərliyinin, siyası partiyaların da iştirakı ilə ümumrespubılika mitinqi keçirilməlidir:

3.Azərbaycan xalqına və dünya birliyinə müraciət qəbul edilməldir;

4.Azərbaycan ATƏTin Minsk qrupu çərçivəsində imitasiya xarakterli danışıqlar prosesindən çıxdığını rəsmən bəyan etməldir;

5. Məhdud sayda, səfərbərlik elan olunmalıdır; (məsələnin hərbi tərəfi ilə bağlı heç nə yazmıram);

6. Vəzyyətdən asılı olaraq cəbhəyanı ərazilərdə yaxud bütün ölkə ərazisində hərbi vəziyyət rejimi elan edilməlidir;

7.Azərbaycan suveren və müstəqil bir dövlət kimi BMT nizamnaməsində təsbit olunmuş özünümüdafiə hüququnu gerçəkləşdrimək, torpaqlarımızı işğal altında saxlayan erməni birləşmələrini qovub ölkəmizdən çıxarmaq məqsədilə ANTİTERROR ƏMƏLİYYATLARINA BAŞLADIĞINI elan etməldir.

PS: Məsələnin hərbi tərəfi ilə bağlı özüm heç nə yazmıram, çünki bu nüanslar mətbuat üçün deyil. Hamı bir nəfər kimi ölkənin ali rəhbərliyinin ətrafında birləşərək nəhayət ki, bu məsələni həll etməliyik. Bu bir tarixi şansdır və bu şansdan yararlanmalıyıq.

Biz torpaqlarımızı mütləq çəkildə qaytaracağıq!

Tanrı Azərbaycanı qorusun!

Azərbaycan xalqına və Silahlı Qüvvələrimizə eşq olsun!

 

İlqar Allahverdiyev, ehtiyatda olan polkovnik-leytenant

14.07.2020

 

 

Mənbə: moderator.az