15 iyul qiyamından 4 il ötür

15 iyul qiyamından 4 il ötür

2016-cı ilin 15 iyulunda FETÖ terror təşkilatının Türkiyədə hərbi çevrilişə cəhd etdiyi gecədən 4 il ötür.

Teleqraf.com xəbər verir ki, həmin gecədə qiyamçılar Ankara və İstanbul başda olmaqla, bir çox şəhərdə strateji obyektləri ələ keçirmiş, TRT kanalı vasitəsilə ölkədə hərbi çevriliş edildiyini elan etmişdilər.

F-16 qırıcı təyyarələrlə parlament binası və bir çox mühüm binalar bombalanmışdı.

Prezident Rəcəb Tayyib Ərdoğan xalqa səsləndikdən sonra onminlərlə insan küçələrə axışmış və silahlı terrorçulara qarşı mübarizə aparmış və qiyamın qarşısı alınmışdı.

Qiyamçıların sadə vətəndaşlara və polislərə yerdən və göydən atəş açması nəticəsində 248 nəfər ölmüş, 1537 nəfər isə yaralanmışdı. Bundan başqa, 24 çevrilişçi öldürülmüş, 50-si isə yaralı olaraq ələ keçirilmişdi.

Mənbə: teleqraf.com