Azərbaycan-Ermənistan sərhədində niyə vəziyyət gərginləşdi?

Azərbaycan-Ermənistan sərhədində niyə vəziyyət gərginləşdi?

Rusiyalı mütəxəssi vəziyyətin üçüncü qüvvələrin cəlb olunması ilə gərginləşə biləcəyindən narahatdır. “Ermənistan və Azərbaycanın münaqişəsi Dağlıq Qarabağ problemindən daha geniş kontekstə malikdir. Tavuş istiqamətində Azərbaycan-Ermənistan sərhədində yaranmış hazırkı gərginlik bunun bariz sübutudur”.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Moskva Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı elmi işçisi, rus politoloq Sergey Markedonov deyib.
Markedonovun sözlərinə görə, Dağlıq Qarabağ münaqişənin mərkəzidir, lakin bu ərazi üçün aparılan mübarizə yeganə əks-təsir hədəfi deyil.
“Münaqişə Qarabağ təmas xəttindən kənarda Azərbaycan-Ermənistan dövlət sərhədi boyunca da inkişaf edir. Bu istiqamətə ənənəvi olaraq daha az diqqət yetirilir. Ancaq münaqişənin “sərhəd düyünü” əsas olan Qarabağ münaqişəsində daha mürəkkəb və təhlükəlidir. Ölkələr arasında sərhəd xətti çəkilməyib”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az