Lalə Şövkət Hacıyeva: “Bir dövlət var, bir Ordu var, bir millət var” ÇAĞIRIŞ

Lalə Şövkət Hacıyeva: “Bir dövlət var, bir Ordu var, bir millət var”  ÇAĞIRIŞ

"Müharibə vaxtı heç bir müxaliflik ola bilməz". SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Liberal Demokratik Partiyasının (ALPD) lideri Lalə Şövkət Hacıyeva təcavüzkar və işğalçı Ermənistanın Tovuz rayonu ərazisində törətdiyi silahlı təxribatını və Silahlı Qüvvələrimizin düşmənə layiqli cavab verməsini, eləcə də Ordumuza ümumxalq dəstəyi göstərməsini şərh edərkən deyib.

"Bir dövlət var, bir Ordu var, bir millət var", deyə vurğulayan ALDP-nin lideri belə bir zamanda xalqın və dövlətin bir yerdə düşmənə layiqli cavab verəcəyinə inandığını və bütün siyasi məsələlərin arxa plana keçdiyini də qeyd edib, şəhidlərimizə Allahdan rəhmət diləyib.

Rövşən RƏSULOV

Mənbə: sia.az