Vasile SİMİLEANU: Ermənistan daxili problemlərdən diqqəti yayındırmaq üçün ağlasığmaz əməllərə əl atır

Vasile SİMİLEANU: Ermənistan daxili problemlərdən diqqəti yayındırmaq üçün ağlasığmaz əməllərə əl atır

Rumıniyanın nüfuzlu “Geopolitika” jurnalının baş redak­toru, analitik, siyasi elmlər doktoru, professor Vasile Simileanu AZƏRTAC-a Ermənistan hərbçilərinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri hərbi təcavüz barədə müsahibə verib.

Siyasi analitik Ermənistanın pandemiya dövründə Azərbaycan sərhədində başladığı hərbi əməliyyatı ölkədə tüğyan edən koronavirus pandemi­yasından, iqtisadi və siyasi problemlərdən diqqəti digər istiqamətə yönəltmək cəhdi kimi qiymətləndirib. Baş redaktor deyib ki, BMT-nin pandemiya dövründə regional münaqişələrə son qoymaq çağırışı Ermənistanın bu addımının nə qədər ağlasığmaz olduğunu göstərir. Azərbaycanın beynəlxalq arenada artan nüfuzu­nu, Azərbaycan Prezidentinin pan­demiya ilə əlaqədar təşəbbüsünü və ölkəmizdə bu xəstəliklə uğurlu mübarizəni görən Ermənistan yalnız belə hiyləgər addım ata bilərdi. Münaqişənin dayandırıl­ması, danışıqların bərpa edilməsi çox vacibdir. Minsk qrupunun həmsədrləri vəziyyəti düzgün qiymətləndirərək, baş verənlərə nəzər yetirməli, Azərbaycanın ərazi bütövlüyü tezliklə bərpa olunmalıdır. Azərbaycan əsgərlərinin mərdliklə döyüşməsi, göstərdikləri vətənpərvərlik təqdirəlayiqdir. Mən əminəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə münaqişə tezliklə öz həllini tapacaq­dır. Bunun üçün Ermənistan hərbi təcavüzü dayandırmalı, Azərbaycanın işğal altındakı torpaqlarını qeyd-şərtsiz boşalt­malıdır. Beynəlxalq təşkilatlar münaqişənin məhz bu istiqamətdə aradan qaldırılmasına çalışmalıdır.

Mənbə: xalqqazeti.com