Ermənistan ordusunda əsgər çatışmazlığı - nazirlik yayılan xəbərə reaksiya verdi

Ermənistan ordusunda əsgər çatışmazlığı - nazirlik yayılan xəbərə reaksiya verdi

Ermənistan ordusunun aldığı zərbələr səbəbindən ciddi itki verməsi Azərbaycanın Tovuz rayonu ilə həmsərhəd Tavuş vilayətində əlavə hərbi qüvvələrə ehtiyac yaradıb. Artıq vəziyyətlə əlaqədar olaraq vilayətin mərkəzi şəhəri İcevanda (tarixi adı Karvansaray) qərargah yaradılıb.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir.

İşğalçı ölkənin Müdafiə Nazirliyi bu barədə Ermənistanda hərbçi çatışmazlığı ilə bağlı yayılmış məlumatları təkzib edib.

Nazirliyin İcevandakı mətbuat mərkəzinin nümayəndəsi Artsrun Ovannisyan deyib ki, vəziyyət nəzarət altındadır, indiki halda ehtiyat canlı qüvvəyə ehtiyac yoxdur. O əlavə edib ki, son 18 saat ərzində cəbhədə aktivlik aşağı düşüb. Bu, həm də ondan xəbər verir ki, döyüşlər qızışsa, Ermənistan ölkədə səfərbərlik etməyə vadar olacaq.

Xatırladaq ki, Ermənistanda ordudan yayınıb Rusiyaya qaçan gənclərin sayı minlərlədir, hakimiyyət də bunu təsdiqləyib. Bu mənada mümkündür ki, yenidən ajiotaj yaratmamaq üçün əsgər çatışmazlığı barədə məlumatı hələlik təsdiqləmirlər.

Mənbə: cia.az