Ermənistanın provakasiyasının arxasındakı məkrli niyyət... - Səməd Seyidov

Ermənistanın provakasiyasının arxasındakı məkrli niyyət... - Səməd Seyidov

Böyük Britaniyanın Nümayəndələr Palatası, Pakistan İslam Respublikası, qardaş Türkiyə, Ukrayna rəsmiləri və Avropa Birliyinin, Rusiya Federasiyasının nümayəndələri Ermənistanın dövlət sərhədi boyu Tovuz istiqamətində təxribatı barədə açıq mövqe ortaya qoydular. Yəni bütün dünya artıq ermənilərin provakasiyasından agahdır.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlər arası əlaqələr komitəsinin sədri, millət vəkili Səməd Seyidov bildirib.

Onun sözlərinə görə, getdikcə bu həqiqətlər daha gur səslənəcək: “Ona görə ki, ermənilərin təxribatı barədə məlumat dünyaya ciddi şəkildə ötürülür. Parlament nümayəndəsi, komitə sədri kimi müraciətlər, məlumatlar, fotoşəkillər, konkret olan faktları lazımı ünvanlara, bütün beynəlxalq təşkilatlara göndərmişik. Artıq dövr də başqa bir dövrdür, Azərbaycan da başqa bir Azərbaycandır”.

Komitə sədri vurğuıayıb ki, düşmənin bu cür provakasiyalara əl atmasının arxasında məkrli niyyətləri dayanır: “Bu haqda geniş danışmağa ehtiyac duymuram, çünki hamı bunu bilir. Diqqəti yayındırmaq, danışıqları pozmaq, başqa ölkələri bu problemə cəlb etmək niyyətindədirlər. Bütün bunlara baxmayaraq biz əminik ki, qalib gələcəyik. İşğalçı yerində otuzdurulmalı, provakasiyalarin qarşısı ciddi şəkildə alınmalıdır”.

 

Mənbə: teleqraf.com