Tovuz bu səhər - salamatlıq, sakitlikdir, insanlar öz iş-gücündədir - Videoreportaj

Tovuz bu səhər - salamatlıq, sakitlikdir, insanlar öz iş-gücündədir - Videoreportaj

Tovuz bu səhər - salamatlıq, sakitlikdir, insanlar öz iş-gücündədir...

Ermənistan-Azərbaucan sərhədində hərbi vəziyyətin son dərəcə gərginləşməsi iləəlqaədar olaraq Tovuz rayonan ezam olunmuş reportyorlarımız - İlkin Muradov və Məhəmməd Türkmən xəbər verirlər ki, hazırda Tovuz rayonunda sakitlikdir, camaat öz ev-eşiyində, işində-gücündədir, atışma yoxdur.

Reportyorlarımız bildirirlər ki, ötən gecə sosial şəbəkələrdə yayılan dezinformasiyaların heç bir əsası yoxdur, heç bir hərbi və mülki obyektimiz vurulmayıb, tələfat və dağıntı qeydə alınmayıb, söz-söhbətlər isə təxribat xarakteri daşıyır.

Xatırladaq ki, iyulun 12-dən etibarən Ermənistanın hərbi birləşmələri Tovuz rayonunun kəndlərini, Azərbaycan ordusunun istehkamlarını intensiv artilleriya atəşinə tutur.

Aşağıda müxbrilərimizin videoreportajını izləyə bilərsiniz.(musavat.com)

pia.az

Mənbə: pia.az