Tramp: "ABŞ-da ağdərili əhali də polisin əlindən ölür"

Tramp: "ABŞ-da ağdərili əhali də polisin əlindən ölür"

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp “Afrikalı amerikalıların ABŞ hüquq-mühafizə orqanlarının əlindən niyə ölür?” sualının qoyuluşunu düzgün hesab etmir.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.

“Ağlar da həlak olurlar. Nə dəhşətli sualdır. Ağlar da. Yeri gəlmişkən, ölənlərin daha çoxu ağdərilidir”. Tramp CBS-də ağdərili qadın jurnalistə verdiyi müsahibəsində deyib.

Ağdərililər ABŞ əhalisinin 70% -dən çoxunu, Afrikalı Amerikalılar təxminən 13% -ni təşkil edir, lakin çoxsaylı araşdırmalara görə, nisbi baxımdan cinayət törədənlər, həbsxanaya girənlər və polisin əlində tutulanda, o cümlədən müqavimət göstərəndə daha tez ölənlər qaralardır.

May-iyun aylarında ABŞ-ın Minneapolis şəhərində Afromerikalı Corc Floydun ölümündən sonra etiraz dalğası baş verib və qaradərili insanlara edilən zorakılığa qarşı çıxan “Black Lives Matter” hərəkatı güclənib.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az