Türkmənistanda koronavirusdan ölən Türk diplomat dəfn edildi - Dənizlidə

Türkmənistanda koronavirusdan ölən Türk diplomat dəfn edildi - Dənizlidə

Türkiyənin Türkmənistandakı səfirliyinin iyulun 7-də vəfat edən dini məsələlər üzrə müşaviri Kamal Üçkun Dənizli əyalətindəki Agipayam şəhərciyində dəfn edilib.

KONKRET.az xəbər verir ki, rəsmilərin çağırışlarına baxmayaraq yüzdən çox insan vida namazına gəlib.

“O, müalicə üçün həqiqətən evə göndərilməsini istədi. Türkiyə hakimiyyəti ondan ötrü təyyarə göndərməyə hazır idi, amma Türkmənistan buna icazə vermədi, çünki ölkədə rəsmi koronavirus yoxdur və diplomat məhz bu xəstəlıkdən öldü” . Turkmen.news nəşri yazıb.

Mənbənin dediyinə görə, Kamal Üçkun xəstəxanada olarkən yeddinci gün koronavirusa yoluxduğunu başa düşüb.

“O, Türkmənistanda iki dəfə test verib, lakin hər iki test mənfi nəticə göstərib. Antiviral dərmanlar əvəzinə diplomata bakteriyaya və göbələyə qarşı dərmanlar verilib, bu da təbii ki, ona kömək etməyib” deyib.

Sonra yaxınları onun ciyərlərinin şəkillərini Türkiyədəki həkimlərə göndərə biliblər. Müayinə etdikdən sonra həkimlər diplomata müalicə üçün Türkiyəyə qayıtmağı tövsiyə ediblər, çünki sətəlcəmin 99% -nin koronavirusa səbəb olduğu ilə bağlı əminlik olub, ancaq Türkmənistan hakimiyyəti onu buraxmayıb. Nə Türkiyə səfirliyi, nə də bu ölkənin səlahiyyətliləri Türkmənistana təzyiq göstərə bilməyiblər. Əvvəllər isə türk diplomatın ağciyərlərində problem olmayıb.

İyulun 9-na keçən gecə Türkmənistan tərəfi diplomatın cəsədinin çıxarılmasına icazə verib. Türkiyənin təcili yardım təyyarəsi 10 iyul səhəri gün onun cəsədini Dənizliyə gətirib.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az