"Gənclərimizin ordu ilə bir olması qürurvericidir"- Deputat Fəzail Ağamalı

"Gənclərimizin ordu ilə bir olması qürurvericidir"- Deputat Fəzail Ağamalı

Xəbər veridiyimiz kimi ötən gecə Bakıda "Qarabağ", "Orduya" dəstək şüarı ilə yürüyüş keçirilib. Ora gələn insanların niyyəti orduya dəstəyini nümayiş etdirmək idi. Lakin bir qrup insan yaranan vəziyyətdən başqa məqsəd üçün istifadə etdi.

Bununla bağlı Sonxeber.az-a millət vəkili Fəzail Ağamalı danışıb:

"Azadlıq meydanından Şəhidlər Xiyabanınadək olan yürüşü izlədim. Deyərdim ki, həmin yürüşdə kifayət qədər vətənpərvər övladlarımız iştirak edirdilər. Onların səsləndirdikləri şüar və çağırışlar bu gün gənclərimizin mütləq əksəriyyətinin xalqın, ordunun və dövlətin yanında olduğunu sübut edirdi. Təəssüflər olsun ki, bu xoş niyyətli yürüşün içərisində təxribatçı insanlar da yer almışdılar. Onlar əslində müqəddəs məqsədlərə xidmət edən bu yürüşün mahiyyətini dəyişmək və ondan istifadə edərək niyyətlərini həyata keçirməyə çalışırdılar. Müəyyən dərəcədə bun nail oldular. Milli Məclisə zorla daxil olub maddi ziyanlar vurdular".

Millət vəkili gənclərimizi təxribatçılardan özlərini qorumaq üçün ayıq- sayıq olmağa çağırıb və bildirib ki, bu mövqeyə xidmət edən şəxslər gənclərin vətənpərvərlik ruhundan istifadə edir:

"Açıq göründü ki, xalqın əksəriyyəti ordu ilə birdir, Tovuz istiqamətində olan döyüşləri diqqətlə izləyir. Gənclərimizin mütləq əksəriyyətinin ordu ilə bir olması qürur verir. Təxribatçıların olması isə bizdən daha ehtiyyatlı olmağı tələb edir. İnsanlarımızın belə təxribatçılardan uzaq olması lazımdır.
Gənclərimiz təxribatçıların ifşa olunmasında iştirak etməlidirlər. Çünki, onlar gənclərimizin vətənpərvərlik ruhundan bəhrələnərək öz məkrli planlarını həyata keçirməyə çalışırlar".

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin
 

Mənbə: sonxeber.az