Azərbaycan-Ermənistan sərhədindəki son gərginliklərə Ermənistanın beynəlxalq tərəfdaşlarından kim necə reaksiya verib?

Azərbaycan-Ermənistan sərhədindəki son gərginliklərə Ermənistanın beynəlxalq tərəfdaşlarından kim necə reaksiya verib?

 

Beynəlxalq ictimaiyyət Azərbaycan-Ermənistan sərhədində gərginləşmiş vəziyyəti diqqətlə izləyir. Bu vəziyyət artıq iki tərəfdən də itkilərə səbəb olub. Ordu.az xəbər verir ki, beynəlxalq strukturlar və müxtəlif dövlətlərin rəsmi nümayəndələri tərəflər arasında açıq şəkildə rəsmi Bakını dəstəklədiklərini bəyan ediblər.

Qarabağ münaqişəsinin nizama salınması danışıqlarında vasitəçi mandata sahib olan ATƏT-in Minsk qrupu iyulun 13-də vəziyyətlə bağlı bəyanat yayıb. Bəyanatda Minsk qrupunun həmsədrləri atəşkəs rejiminin son pozuntularını qınayıblar.

ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələr olan Rusiya, ABŞ və Fransadan da müxtəlif səviyyələrdə neytral xarakterə malik bəyanatlar olub.

Ermənistanın üzv olduğu, Azərbaycanın üzv olmadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bəyanatı beynəlxalq strukturların reaksiyasından xüsusi diqqətə layiqdir. Təşkilatın katibliyi tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

Maraqlıdır ki, bu vəziyyətdə rəsmi Kiyev Bakıya öz dəstəyini bildirmək fürsətini növbəti dəfə əldən verməyib.

Türkiyə Prezidenti, Xarici İşlər Nazirliyi, vitse-prezident və müxtəlif digər qurumları birmənalı olaraq Azərbaycana dəstək verib.

Pakistan Xarici İşlər Nazirliyi də birmənalı olaraq Azərbaycana dəstək olub.

İran administrasiya səviyyəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bunun ölkəsi üçün prioritet məsələ olduğunu bildirib.

Moldova Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.

Ukrayna XİN Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı narahatlığını bildirərək vurğulayıb ki, Ukrayna tərəfi Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması əsasında onun beynəlxalq səviyyədə tanınmış sərhədləri ilə vəziyyətin həllini dəstəkləyir.

Ermənistanın strateji müttəfiqi hesab olunan Rusiya, erməni lobbi qruplarının güclü olduğu Fransa və ABŞ bitərəf mövqedən çıxış edib.

Qeyd edək ki, Ermənistana sadəcə Qvatemala dövləti açıq dəstək verib. Bu, Ermənistan diplomatiyasının süqutu hesab oluna bilər.

 

Mənbə: ordu.az