Təbrizdə Azərbaycana dəstək aksiyası keçiriləcək

Təbrizdə Azərbaycana dəstək aksiyası keçiriləcək

Güney Azərbaycanın mərkəzi Təbriz şəhərində Azərbaycan ordusuna dəstək aksiyası keçiriləcək.

Cebhe.info xəbər verir ki, bu barədə Türkiyədə yaşayan güneyli milli fəal Kərim Əsgəri məlumat verib.

Onun sözlərinə görə, aksiya iyulun 16-da yerli vaxtla saat 18:00-da Azərbaycan Respublikasının Təbrizdəki konsulluğunun qarşısında olacaq.

Həmin gün Tehranda yerləşən Ermənistan səfirliyinin qarşısında isə etiraz aksiyası keçiriləcək.

Mənbə: cebhe.info