Milli Məclisin mətbuat xidməti: Baş verənlərlə bağlı araşdırma aparılır

Milli Məclisin mətbuat xidməti: Baş verənlərlə bağlı araşdırma aparılır

Ötən gecə Milli Məclisin binasına daxil olan bir qrup təxribatçı parlamentin binasına ciddi zərər vurub.

Cebhe.info xəbər verir ki, Milli Məclisin Mətbuat və informasiya şöbəsi parlamentin binasında zərər vurulan əşyaların fotosunu yayıb.

Qeyd edək ki, ötən gecə paytaxt Bakıda xalq Azərbaycan Ordusuna dəstək nümyiş etdirmək üçün yürüş keçirib. Yürüşün sonunda bir qrup təxribatçı Milli Məclisin binasına daxil olaraq qeyri-dövlət şüarları səsləndirib, polisə və polis avtomobillərinə zərər vurub.

Baş Prokrorluq və Daxili İşlər Nazirliyi birgə bəyanat yayaraq baş vermiş hadisə ilə bağlı cinayət işinin başladıldığını bildirib. Artıq təxribatçılardan bir neçəsinin saxlanıldığı da qeyd olunub.

Vilayət Muxtar
Cebhe.info

Mənbə: cebhe.info