Peskov Putinin məzuniyyəti ilə bağlı suala cavab verdi

Peskov Putinin məzuniyyəti ilə bağlı suala cavab verdi

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçısı Vladimir Putinin məzuniyyəti ilə bağlı hələ bir şey bilmədiyini söyləyib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.

“Prezidentin məzuniyyəti haqqında heç bir şey bilmirəm. Qısa və orta müddət üçün iş planları kifayət qədər dolub” deyib Peskov.

Sözçü özünün də məzuniyyət planları qurmadığını da qeyd edib.

“Əgər imkan olsa, tətilə gedəcəm” deyib.

Peskov əvvəllər Putinin “sözün yaxşı mənasında işgüzar” olduğunu bildirmişdi.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az