Tanınmış həkimdən XƏBƏRDARLIQ - Bir gündə yüzlərlə insan ölə bilər

Tanınmış həkimdən XƏBƏRDARLIQ - Bir gündə yüzlərlə insan ölə bilər

Anestezioloq-reanimatoloq Şahin Məmmədov dünən Azərbaycan Ordusuna dəstək məqsədilə baş tutan yürüşdə karantin tədbirlərinin pozulmasının yoluxma dinamikasının artmasına birbaşa təsir edəcəyini bildirib.

Publika.az xəbər verir ki, həkim insanları təxribata uymamağa, vətəndaşlarımızı daha məsuliyyətli davranmağa, karantin rejiminə riayət etməyə səsləyib:

“Panikaya qapılmayın, özünüzü itirməyin, hisslərinizi cilovlayın. Dünya tarixində belə bir hadisə olmayıb, pandemiya vaxtı bu cür hallara yol verilməməlidir. Kütləvi yoluxma, bir gündə yüzlərlə insan ölə bilər. Düşməni sevindirməyək. Onların istədiyi zatən budur”.

Mütəxəssis qeyd edib ki, təhlükəsizliyi qorumaqla həm xəstəliklə mübarizəyə, həm də Ordumuzun, hərbçilərimizin öz işlərini lazımi şəkildə yerinə yetirmələrinə mühüm töhfə vermiş olarıq.

Aytən Məftun

Mənbə: publika.az