Ermənistan hökuməti mübahisəli qanun layihələrinin qəbul edilməsi üçün fövqəladə vəziyyətdən istifadə edib

Ermənistan hökuməti mübahisəli qanun layihələrinin qəbul edilməsi üçün fövqəladə vəziyyətdən istifadə edib

“Dörd həftə əvvəl Baş nazir Nikol Paşinyan fövqəladə vəziyyəti uzatmaq niyyəti barədə bildirəndə mən bu səhifədə səsvermə açdım, bütün istifadəçilərə bununla bağlı mövqe bildirməyi təklif etdim”. Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Milli gündəm” partiyasının həmtəsisçisi Avetik Çalabyan öz “Facebook” səhifəsində yazıb.

Çalabyan qeyd edib ki, o vaxt səsvermədə 1800-dən artıq istifadəçi iştirak etdi, iştirakçıların 69 faizi fövqəladə vəziyyətin uzadılmasının əleyhinə, 31 faizi lehinə səs verdi.

O bildirib ki, Ermənistan hökuməti olduqca mübahisəli qanun layihələrinin qəbul edilməsi üçün fövqəladə vəziyyətdən istifadə edib.

 

Mənbə: ordu.az