"Biz Qarabağda hücuma başlamağa  tam hazır deyilik…”-POLKOVNİKDƏN GÖZLƏNİLMƏZ AÇIQLAMA...

"Biz Qarabağda hücuma başlamağa  tam hazır deyilik…”-POLKOVNİKDƏN GÖZLƏNİLMƏZ AÇIQLAMA...

“Bu çatışmazlıqların məsulliyyətini Səfər Əbiyevdən üzü bəri kimlərin daşıdığı isə bəllidir…”

"Xahiş edirəm, hamı məni doğru anlasın, heç kəs indiki məqamda xalqa təslimçilik ruhu aşıladığımı düşünməsin..."

“Tovuzdakıson döyüşlərdən, əsgər, gizir, zabitlərimız, polkovnik və generalımızın qəhrəmancasınaşəhid olmasındansonra əksər vətənpərvər insanlar, o cümlədən qazi qardaşlarımız tələb edirlərki, Azərbaycan Silahlı Qüvvələri əməliyyatları işğal altındakı torpaqlarımızadoğru yönəltsin. Mənim də ürəyimdən bu dəqiqə torpaqlarımızın, Qarabağımızın,doğma Şuşamın, Laçınımızın, Kəlbəcərimizin, Ağdamımızın... azad olunması keçir,qəlbim, ruhum bu sevda ilə coşub-qaynayır. Özüm də bu dəqiqə ön cəbhəyə yollanmağa hazıram... Lakin gerçəkliklərlə hesablaşmalıolan bir peşəkar hərbçi olaraq hazırda Qarabağ istiqamətində hücum əməliyyatlarımızınbaşlanmasının əleyhinəyəm. Bəs nə üçün? Nəyə görə?..”

 

Bugözlənilməz fikirləri Moderator.az əməkdaşı ilə söhbətində tanınmış Qarabağqazisi, istefada olan kəşfiyyatçıpolkovnik Azay Kərimov söyləyib.

 

Açıqlamasınındavamında veteran polkovnik oxuculardan onu düzgünanlamalarını xahiş edib:

 

“Xahişedirəm, hamı məni doğru anlasın, heç kəs indiki məqamda xalqa təslimçilik ruhuaşıladığımı düşünməsin. Dediyim problem haqda 26 illik atəşkəs dövründə özüm də,digər hərbçi mütəxəssislər də danışıblar, yazıblar... Amma, nə yazıqlar ki, nəticə çıxaran, tədbirgörən olmayıb...

 

Məsələnədən ibarətdir? Hazırda düşmən ordusu ilə təmas xəttiində və ona yaxın yerləşənTərtər, Bərdə, Ağcabədi, Beyləqan və s. ərazilərdə monolit yaşayış binaları, yəniüzəri, divarları qalın beton ötrüklü evlər və yasığınacaqlar yoxdur. Əksər evlər də tək “kubik”lətikilib ki, belə binaların divarlarınıda nəinki top, qumbaraatan, minaatan mərmisi, istənilən iriçaplı pulemyot gülləsiilə də dağıtmaq mümkündür. Və təəssüf ki, son 26 ildə Səfər Əbiyevdən üzü bəri nə Müdafiə nazirləri,nə Baş Qərargah rəisi, nə də Fövqəladə Hallar naziri AliBaş komandan qarşısında vəsatət qaldırıb ki, düşmənlə sərhəddə, təmas xəttindəvə yaxın ərazilərdə yaşayan sakinlər üçün hava, artilleriya hücumlarındanqorunmaq məqsədilə dotlar, blindajlar, sığınacaqlar tikilməlidir. Axı bizmüharibə şəraitində yaşayırıq... Bəli, əsgərin, hərbçinin borcudur vuruşmaq. Amma düşmənbizim ordunun atacağı top, raket atəşinə cavab olaraq atdığı mərmiləri əsasəndinc sakinlərin evlərinə doğru yönəldəcək ki, onlar arasında itki mümkün qədərçox olsun və nəticədə həm əhali, həm də ordumuz daxilində bir panika, ruhdüşkünlüyü yaransın...

 

Məsələn. götürək Tərtər, yaxud Ağdam rayonunun nəzarətimizdəolan ərazilərində on minlərlə insan yaşayır. Ağdam ərazisində, təmas xəttinəçox yaxın yerdə qaçqın şəhərcikləri salınıb, eləcə də Ağcabədidə, Beyləqanda, Bərdədə və s. kifayət qədər dinc sakin, o cümlədən kompakt yaşayan köçkünlər var. Ordumuzun hücum əməliyyatı keçirəcəyi halda həmin insanların nə şəxsi həyətlərində,nə də ümumi rayonlar ərazisində sığınmağa lazımi hərbi standartlara uyğun məkanlarıolmadığı üçün onlar maksimum itkilərə məruz qalacaq. Axı son 26 ildə biz bununşahidi olmuşuq. Ağdamın kəndində 9 yaşlı uşaq vurulub snayperlə, Füzulidə ikiyaşlı Zəhra nənəsi ilə birgə top mərmisinin qurbanı olub, cəmi 3 günlük Apreldöyüşləri zamanı 16 dinc sakinimiz məhzartilleriya atəşlərindən həlak olub.... Nəyə görə? Nə üçün bu günədək lazımisığınacaqlar tikilməyib, qurulmayıb?..

 

Bildiyinizkimi, mən Şuşada döyüşərkən kəşfiyyatçı kimi Rusiyanın 366-cı alayındakı əlaqələrimdənistifadə edərək bəzi hərbi məxfi məlumatlarayiyələnmişəm. Video-görüntülərdə şahidi olmuşam ki, Xankəndidəki binaların zirzəmiləri boyu çörəkzavodu da, xəstəxana da, məktəb də, uşaq bağçası da, doğum evi də və s. var. Ovaxtdan... Atəşkəs dövründə isə Ermənistanınsərhəd kəndlərində, eləcə də Qarabağda, Şuşada, Laçında da, təmas xəttindəki kəndlərdədə dinc ermənilər üçün mülki müdafiə sığınacaqları tikilib... Bizdə isəbunların heç biri yoxdur. Bunu etməmişik.Heç olmasa, indi camaata tikinti materialı verin, hər kəs öz həyətindəsığınacaq tikdirsin... Əməliyyatlar başlayanda, ermənilər kəndlərimizi, şəhərlərimizikütləvi artilleriya atəşinə tutanda nə edəcəyik? O boyda əhalini təxliyə edəcəyik?O halda bu, əhali arasında daha böyük təşviş yaradacaq... Bax, məhz bu səbəblərdənbir hərbçi kimi hələlik dediyim problem həll olunmamış, əhali üçün müvafiqsığınacaqlar tikilməmiş Qarabağda genişmiqyaslı hüum əmliyyatlarının həyatakeçirilməsinin əleyhinəyəm. Kimlərsə dediklərimi düşmənə sirr verilməsi kimi yozmasın. Onsuz da erməni kəşfiyyatı,özü öyrənə bilməsə də, Rusiya kəşfiyyatı vasitəsilə bunları bizdən də yaxşıbilir. Odur ki, bizə “Niyə ilin-günün buvaxtında belə danışırsız?” deyənlər öncə“26 il ərzində təmas xətti və Ermənistanla sərhəd boyu nədən mülki əhali üçünmüvafiq sığınacaqlar tikilməyib” sualına cavab tapısınlar və bunu etməyənlərinhansı məsuliyyət daşımalı olduğunu düşünsünlər...

 

Birdaha xahiş edirəm, məni doğru anlayın, biz gerçəklikdən bəhs edirik. Qaynar döyüşlər keçmiş biz peçəkar hərbçilər dinc sakinlərin, uşaqların,qadınların, qocaların, əlsiz-ayaqsızların boş yerə həlak olacağından narahatıq.Dağılmış binaları, evləri hər zaman bərpa etmək olar, amma insan həyatını heçbirimiz geri qaytarmaq iqtidarında deyilik...” –deyə keçmiş kəşfiyyatçıpolkovnik vurğulayıb.

SultanLaçın

 

 

Mənbə: moderator.az