“82 yaşımda ermənilərlə vuruşmağa hazıram” – Əməkdar artist

“82 yaşımda ermənilərlə vuruşmağa hazıram” – Əməkdar artist

Xəbər verdiyimiz kimi, bazar günü günorta saatlarında Azərbaycan və Ermənistanın Tovuz istiqamətindəki sərhədində baş verən erməni təxribatı nəticəsində ölən və yaralananlar var. Azərbaycanlı sənət adamları da bu hadisələrə səssiz qalmayaraq fikirlərini bildirirlər.

Əməkdar artist Süleyman Abdullayev də Yenisabah.az-a açıqlamasında cəbhədə baş verənləri daim izlədiyini deyib və erməniləri nankor millət adlandırıb:

“Cəbhədə baş verənləri hər saat izləyirəm, neçə gündür dilxoram. Şəhidlərimizin ailəsinə başsağlığı verirəm. Qoy, Azərbaycan ordusu möhkəm olsun. Azərbaycan ordusunun başında dünya səviyyəli sərkərdə İlham Əliyev durur. Bu ermənilər hələ də qanmırlar ki, ta yüz illər əvvəldən o torpaqların hamısı Azərbaycanın torpaqları olub. Bu barədə sənədlər var. Bütün dünya ayağa qalxmalıdır, dünya Azərbaycan xalqını müdafiə etməlidir. Dünyada belə qəddarlıq yoxdur, insaniyyət var. Harda sülh olsa, orada çörək olar, dava olan yerdə ot bitməz. Müharibə olan yerdə heç bir inkişafdan söhbət belə gedə bilməz. Bizim uşaqları öldürürlər. Azərbaycan əsgəri bir erməni uşağına belə güllə atmayıb, amma onlar bizim neçə günahsız körpəmizi öldürüblər. Onlar dünyada ən vəhşi insanlar sayılırlar, çünki qonşu qonşuya bu qədər zülm etməz. O torpaqlar bizimdir. Erməninin torpağı olmayıb, İrəvanın Çar Rusiyası verib onlara”.

Əməkdar artist deyib ki, erməni vəhşiliyi tarix kitablarına düşüb, azı yüz dəfə öz təsdiqini tapıb:

“Mən daha canavarı, şiri, pələngi vəhşi heyvan saymıram, vəhşi ermənilərdir. Ermənilərin burada – Azərbaycanda 30 minə qədər nümayəndələri yaşayır. Bəlkə də ondan da çox. Ölsünlər, yerə girsinlər! Belə əliəyri olmasaydınız, yaxşı yaşayardınız. Bizim xalqımız sizə kömək edərdi. Bizim xalqımız Sovet dövründə həmişə sizə kömək edib, amma siz insaniyyətinizi itirib, vəhşi millətə çevrildiniz. Bizim xalqımız hər zaman prezidentimizin yanındadır, ona dəstəkdir. Prezidentimiz bir milyon qaçqına ev tikdirdi, hər zaman ermənilərə səslənir ki, sülhə gəlin, torpağı qaytarın. Allah hər zaman düzlüyün yanındadır. Xalq artıq ayağa qalxır. Təmiz azərbaycanlılar dövlətin, prezidentin yanındadır. Bizim içimizdə bizi istəməyən qüvvələr var, bizim çörəyimizi yeyən biqeyrət arvadlar və kişilər var. Sosial şəbəkələrdə şayiələr yayanlar var. Onların qanını yoxlasınlar, əgər təmiz azərbaycanlıdırlarsa, mənim başımı kəssinlər! Onlar ya ermənidir ya da Azərbaycan xalqını istəməyən düşməndir. Azərbaycanda belələri çoxdur. Allah xalqımıza güc, qüvvət versin. Əgər səfərbərlik elan edilsə, mən Dədə Süleyman 82 yaşımda orduya gedib erməniylə vuruşmağa hazıram”.

Əsmətxanım

Mənbə: yenisabah.az