İkinci dalğa birincidən daha şiddətli gəlir - Prezident

İkinci dalğa birincidən daha şiddətli gəlir - Prezident

Koronavirus pandemiyasının ikinci dalğası birincidən daha şiddətlidir.

Publika.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.

Ruhani bildirib ki, Səhiyyə Nazirliyinin hesabatına görə bir çox əyalət mərhələli şəkildə pik səviyyəni keçib: “14 iyundan etibarən pandemiyanın ikinci dalğasının şahidi oluruq. Bu dəfə virus mərkəzi bölgələrdə deyil, ölkənin cənubunda və sərhəd bölgələrində hakimdir. Təəssüf ki, xalqımız pandemiyadan çıxdığımızı düşündü. Birinci dalğada xalq çağırışlara əməl etdi və köməkçi oldu. Bu gün də yardıma və əməkdaşlığa ehtiyacımız var”.

Zümrüd

Mənbə: publika.az