"Ordumuz 3 gün ərzində ermənilərə dəqiqliklə və peşəkarlıqla sarsıdıcı zərbələr vurdu"-DEPUTAT

"Ordumuz 3 gün ərzində ermənilərə dəqiqliklə və peşəkarlıqla sarsıdıcı zərbələr vurdu"-DEPUTAT

"Dünən biz bütövlükdə ölkəmizdə, eyni zamanda Bakı şəhərində ordumuza xalqımızın, vətəndaşlarımızın, xüsusilə də gənclərimizin nə qədər coşğu ilə mənəvi dəstək verdiyini, vuruşmağa hazır olduqlarını gördük" .

Bunu Sonxeber.az-a deputat Aydın Hüseynov ötən gecə Bakıda "Qarabağ", "Orduya" dəstək şüarı ilə keçirilən yürüşdən danışarkən deyib:
"Bu yürüş Azərbaycan vətəndaşlarının yüksək vətənpərvərlik hisslərinə malik olduğunun, düşmən tapdağı altında olan torpaqlarımızın geri qaytarılmasında ordumuza arxalanmasının bariz nümunəsi idi. Çox təəssüf ki, bunu 5- ci kolon 5-3 nəfər vasitəsilə öz məkrli niyyətinə yönəltmək istədi. Çünki bu niyyətdə, əqidədə olanlar eyni hərəkəti 90- cı illərin əvvəllərində bu kimi proseslərlə etmişdilər və on görə də torpalarımız işğal olundu. Hesab edirəm ki, bütövlükdə sağlam gənclərimizin sayı milyonlarladır. Ordumuzun baş verən proseslərə nəzarət etməyinə tam arxayınıq. İnsanlar 5- ci kolon vasitəsilə idarə olunan məkr dolu niyyətli olanlara öz etirazlarını bildirəcəklər. Bu gün həmin 5-3 nəfərin meydanı deyil. Onların meydanı çox dardı və ümumiyyətlə bildirim ki, onların meydanı yoxdur. Ordumuzun 3 gün ərzində ermənilərə dəqiqliklə və peşəkarlıqla hansı sarsıdıcı zərbələr vurduğunu görürük".

Qeyd edək ki, ötən gecə Bakıda "Qarabağ", "Orduya" dəstək şüarı ilə yürüyüş keçirilib. Ora gələn insanların niyyəti orduya dəstəyini nümayiş etdirmək idi. Lakin bir qrup insan yaranan vəziyyətdən başqa məqsəd üçün istifadə edib.

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin
 

Mənbə: sonxeber.az