Doktor Vasif İsmayıldan REAKSİYA - İki həftə ərzində yoluxanların sayı artacaq

Doktor Vasif İsmayıldan REAKSİYA - İki həftə ərzində yoluxanların sayı artacaq

“Açıq hava olmasına baxmayaraq, sosial məsafənin gözlənilməməsi, maskalardan istifadə edilməməsi yoluxma sayının artmasına şübhəsiz ki, ciddi təsir edəcək”.

Bu sözləri Publika.az-a açıqlamasında dünən Orduya dəstək məqsədi ilə keçirilən yürüşə münasibət bildirərkən tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl deyib.

“Pandemiya şəraitində olsaq da, xalqın öz emosiyalarını bir şəkildə ifadə etmək ixtiyarı var, dünən onlar bu haqlarından istifadə etdilər. Cəmiyyətin çətin günlərdə küçəyə çıxıb aksiya keçirməsi anlaşılandır. Lakin belə hallarda diqqətli davranmağı tövsiyə edərdim. Nümayişə çıxarkən belə sosial məsafəni gözləməyə, karantin qaydalarına əməl etməyə çalışsınlar. Yoluxma hallarının yüksək olduğu bir vaxtda minlərlə insanın bu aksiyalara qoşulması virusun daha geniş yayılması üçün əlverişli şərait yaratdı. İki həftə ərzində dünənki nümayişin acı nəticələri bəlli olacaq”.

Aytən Məftun

Mənbə: publika.az